Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Dekabr , 2014 11:55
Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Bakı. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə,  Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində baş verən qəzada 2 nəfər yaralanıb. Şəhər sakini Elçin Heydərov idarə etdiyi "Mercedes" markalı avtomobillə, sözü gedən prospektlə üzü dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan, İlkin Kərimovun idarə etdiyi "Vaz 2106" markalı maşınla toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına çatdırılıblar. İlkin ehtimallara görə qəza havanın dumanlı olması səbəsindan baş verib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi