Gəncədə Türkiyə vətəndaşını maşın vurub

Gəncədə Türkiyə vətəndaşını maşın vurub Mehmet Kara Muratı yolu keçərkən avtomobil vurub
Hadisə
24 Sentyabr , 2015 20:03
Gəncədə Türkiyə vətəndaşını maşın vurub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün axşam Gəncədə Türkiyə vətəndaşını maşın vurub. “Report”-un məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

Mehmet Kara Murat adlı Türkiyə vətəndaşı yolu keçərkən “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. 

Zərəçəkmiş yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədov bildirib ki, xəstənin vəziyyəti orta ağırdır. Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi