Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib X.Ələkbərova üç uşaq anasıdır və onun həyat yoldaşı ötən il xəstəlikdən dünyasını dəyişib
Hadisə
8 Dekabr , 2015 17:47
Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

Bakı. 8 dekabr. REPORT.AZ/ Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) əməliyyat olunan qadın dünyasını dəyişib. "Report"un məlumatına görə, Goranboy rayon sakini, 32 yaşlı Xeyrənisə Ələkbərova xəstəxananın Cərrahiyyə şöbəsində bu gün öd kisəsindən əməliyyat olunub.

X.Ələkbərova əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və qəfildən halı dəyişən qadına tibbi yardım göstərilməsinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, X.Ələkbərova üç uşaq anasıdır və onun həyat yoldaşı Qurban Ələkbərov ötən il xəstəlikdən dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi