Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Qəzənfər Nurani yolu keçmək istəyərkən avtomobil onu vurub
Hadisə
17 Oktyabr , 2016 23:13
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Gəncə. 17 oktyabr. REPORT.AZ/ Gəncədə piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində baş verib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Qəzənfər Əbülfəz oğlu Nurani yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri almış piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Həkimlər tərəfindən dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmaya başlanıb.

Son xəbərlər

Orphus sistemi