​Gəncədə avtomobil piyadanı vurub

​Gəncədə avtomobil piyadanı vurub Onun vəziyyətinin orta ağır olduğu bildirilir
Hadisə
18 İyun , 2016 23:39
​Gəncədə avtomobil piyadanı vurub

Bakı. 18 iyun. REPORT.AZ/ Gəncədə piyadanı avtomobil vurub. "Report"un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. 

Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmurad Lətifi yolu keçmək istəyərkən onu avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı E.Lətifi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi