Bakı. 3 May. REPORT.AZ/ Bu gün səhər saatlarında Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, sürücüsü və sərnişinlərinin kimliyi məlum olmayan "VAZ-21015" markalı avtomobil şəhərin Totanlı küçəsi ilə hərəkətdə olarkən anidən idarətməni itirib.
Nəticədəavtomobil həmin küçədə yerləşən evlərdən birinə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən biri yerindəcə dünyasını dəyişib.
Sürücü ve digər sərnişin avtomobili ve meyiti qoyaraq hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb. Araşdırma aparılır.