Gəncədə marşut avtobusu "VAZ"la toqquşub, 3 nəfər yaralanıb

Gəncədə marşut avtobusu "VAZ"la toqquşub, 3 nəfər yaralanıb Hadisə Bəxtiyar Əluyev küçəsində baş verib
Hadisə
16 Oktyabr , 2016 16:38
Gəncədə marşut avtobusu VAZla toqquşub, 3 nəfər yaralanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Gəncədə 4 nömrəli xətt üzrə hərəkət edən "İSUZU" markalı marşrut avtobusu ilə "VAZ -2107" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

"Report"un Qərb bürosu xəbər verir ki,"VAZ"da  4 sərnişin, o cümlədən ikisi uşaq olub.

İnformasiyaya əsasən, yaralılar "VAZ"ın sürücüsü və sərnişinlərdir – sürücü 1980-ci ildə anadan olan Avazov Sənan Mübariz oğlu, onun qardaşının həyat yoldaşı 1987-ci il təvəllüdlü Musayeva Xəyalə Ramiz qızı və rəfiqəsi 1989-cu il doğumlu İbrahimova Aynurə Şakir qızı.

Avtomobildəki iki uşaq və daha bir qadın isə xəsarət almayıb. 

İnformasiyaya əsasən, hadisə Bəxtiyar Əliyev küçəsində baş verib.

Son xəbərlər

Orphus sistemi