Gəncədə internat yataqxanasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Gəncədə internat yataqxanasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Binada yaşayış olmadığından xəsarət alan olmayıb
Hadisə
14 Oktyabr , 2016 19:38
Gəncədə internat yataqxanasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində internat yataqxanasında baş vermiş yanğın söndürülüb. 

FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə yataqxananın birinci mərtəbəsində olub. 

Binada yaşayış olmadığından xəsarət alan olmayıb. 

Məlumata görə, əvvələr yataqxanada məcburi köçkünlər məskunlaşdırılıbmış. 

*** 19:19

Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub. 

Hazırda 46 saylı orta məktəbin qarşısındakı internat yataqxanasında baş vermiş yanğının qarşısını almaq üçün işlər aparılır. Yanğın nəticəsində xəsarət alanın olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi