Gəncədə iki minik avtomobili toqquşub

Gəncədə iki minik avtomobili toqquşub Avtomobilin birinin mühərrik hissəsində elektrik kabelləri yanıb
Hadisə
18 Dekabr , 2014 05:51
Gəncədə iki minik avtomobili toqquşub

Bakı. 18 dekabr. REPORT.AZ/ Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gəncə şəhər, Kəpəz rayonunda vətəndaşlara məxsus “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobilin birinin mühərrik hissəsində elektrik kabelləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 00.35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi