​Gəncədə ikimərtəbəli restoranda yanğın olub, müştərilər təxliyyə olunub

​Gəncədə ikimərtəbəli restoranda yanğın olub, müştərilər təxliyyə olunub Yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
15 İyul , 2016 10:02
​Gəncədə ikimərtəbəli restoranda yanğın olub, müştərilər təxliyyə olunub

Gəncə. 15 iyul. REPORT.AZ/ Gəncə şəhərində "Dönər evi" adı ilə fəaliyyət göstərən ikimərtəbəli restoranda yanğın baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami prospektində yerləşən restoranın birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün restoranı əhatə edib. Yanğın zamanı restoranda olan müştərilər və işçilər təxliyyə olunub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Yanğın zamanı ikimərtəbəli "Dönər evi" əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşüb. 
Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi