Gəncədə fasadları poliuretan materiallarla üzlənən binaların işıqlandırma sistemləri sökülür

Gəncədə fasadları poliuretan materiallarla üzlənən binaların işıqlandırma sistemləri sökülür Binaların fasad hissəsinin sökülməsi istisna edilmir
Hadisə
20 May , 2015 17:02
Gəncədə fasadları poliuretan materiallarla üzlənən binaların işıqlandırma sistemləri sökülür

Bakı. 20 may. REPORT.AZ/ Gəncədə fasadı poliuretan materialdan olan çoxmərtəbəli binalara Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Komissiyasının və Gəncə Dövlət Yanğından Mühafizə Xidmətinin rəsmiləri tərəfindən baxış keçirilib. 

"Report" xəbər verir ki, bu binalar əsasən şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai, Nizami prospektləri və Dədə Qorqud, Nəriman Nərimanov küçələrində yerləşir. Hazırda həmin binalarda qurulan gecə işıqlandırılmasınını təhlükəsizlik baxımından sökülməsi həyata keçirilir. 

Qeyd edək ki, tezalışan materialdan istifadə olunan binaların fasad hissəsinin sökülməsi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi