Gəncədə əməliyyat zamanı dünyasını dəyişən qızın ölüm səbəbləri açıqlanıb

Gəncədə əməliyyat zamanı dünyasını dəyişən qızın ölüm səbəbləri açıqlanıb Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir
Hadisə
23 Avqust , 2016 10:16
Gəncədə əməliyyat zamanı dünyasını dəyişən qızın ölüm səbəbləri açıqlanıb

Gəncə. 23 avqust. REPORT.AZ/ Gəncə şəhərində burunundan estetik əməliyyat olunması üçün narkoz vurulan 17 yaşlı qız ölüb. Gəncə şəhər Prokurorluğundan “Report”un Qərb bürosuna verilən məlumata görə, avqustun 22-də Yeni Gəncə qəsəbəsində yerləşən "Yeni Gəncə Özəl Tibb Mərkəzində" əməliyyat zamanı şəhər sakini 1999-cu il təvəllüdlü Aygül Vüqar qızı Orucova ölüb. Burnundan estetik əməliyyata alınan A.Orucova vurulan narkozdan ayılmayıb. Dərhal həkimlər tərəfindən tibbi yardımlar göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi