Gəncədə axtarışda olan şəxs özünü bıçaqlayıb

Gəncədə axtarışda olan şəxs özünü bıçaqlayıb Röyal İsmayılov polis tərəfindən axtarışda imiş
Hadisə
17 Oktyabr , 2016 21:34
Gəncədə axtarışda olan şəxs özünü bıçaqlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Gəncə sakini intihara cəhd edib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Belə ki, Gəncə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Röyal Vəli oğlu Bağbanlar qəsəbəsində bıçaqla özünə xəsarət yetirib.

O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyəti orta ağırdır.

Röyal İsmayılovun polis tərəfindən axtarışda olduğu üzə çıxıb.  

Son xəbərlər

Orphus sistemi