Gəncədə avtomobil 3 piyadanı vurub

Gəncədə avtomobil 3 piyadanı vurub Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
3 Fevral , 2022 19:29
Gəncədə avtomobil 3 piyadanı vurub

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza şəhərin Dədə Qorqud küçəsində, 39 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadaları, 1974-cü il təvəllüdlü Cəmilə İslam Qızı Salmanova, 1977-ci il təvəllüdlü Zərifə İsrafil qızı Məmmədova və 1968-ciiltəvəllüdlü Zəminə Şəfiyevanı vurub. Avtomobil daha sonra binanın divarına çırpılıb.

Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi