Gəncədə ana 12 yaşlı qızını yandıraraq öldürüb

Gəncədə ana 12 yaşlı qızını yandıraraq öldürüb Hadisə pul üstündə baş verib
Hadisə
11 Sentyabr , 2016 14:39
Gəncədə ana 12 yaşlı qızını yandıraraq öldürüb

Gəncə. 11 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.

İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi