Gəncədə 79 yaşlı kişini maşın vurub

Gəncədə 79 yaşlı kişini maşın vurub 1937-ci il təvəllüdlü Sədrəddin Cəfərovun hər iki ayağı sınıb
Hadisə
25 Avqust , 2016 21:24
Gəncədə 79 yaşlı kişini maşın vurub

Bakı. 25 avqust. REPORT.AZ/ Gəncə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1937-ci il təvəllüdlü Sədrəddin Balaoğlan oğlu Cəfərov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Mehman Hüseynovun bildiridiyinə görə, xəstəyə hər iki ayağın sınığı diaqnozu qoyulub və ona ilkin tibbi yardım göstərilib.

Hazırda 79 yaşlı kişinin vəziyyəti orta ağır qiymətləndirilir. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi