​Gəncədə 5 yaşlı uşaq xalası ilə birlikdə itkin düşüb - FOTO

​Gəncədə 5 yaşlı uşaq xalası ilə birlikdə itkin düşüb - FOTO Əsmər Əsgərova avqustun 21-də bacısı qızı Aişən Əsgərovanı yaşadığı evdən özü ilə götürərək naməlum istiqamətə gedib
Hadisə
24 Avqust , 2015 19:48
​Gəncədə 5 yaşlı uşaq xalası ilə birlikdə itkin düşüb - FOTO

Bakı. 24 avqust. REPORT.AZ/ Gəncə şəhər sakini, 1986-cı ildə Ukraynanın Dnepropetrovsk vilayətində anadan olmuş Əsmər Əsgərova bu il avqustun 21-də saat 12.00 radələrində bacısı qızı, 2010-cu il təvəllüdlü Aişən Əsgərovanı yaşadığı evdən özü ilə götürərək naməlum istiqamətə gedib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Əsmər Əsgərovanın xarakterik əlamətləri belədir: boyu 165 sm, orta bədən ölçülü, saçları və gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara şalvar, narıncı rəngli kofta, başında ağ şal, ayağında qara səndəl olub.

Aişən Əsgərovanın boyu 95 sm, arıq bədən quruluşlu, saçı və gözlərinin rəngi qaradır. Onun qabaq üst dişləri yoxdu. Evdən çıxarkən gözündə eynək, əynində ağ rəngli don və ağ ayaqqabı olub.

İtkin düşmüş Əsmər Əsgərovanı və 5 yaşlı bacısı qızı Aişəni görənlərdən və ya itkin düşən hər iki şəxs barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin, 022-256-07-73, 022-256-52-19, (055) 268-06-11, (050) 327-58-50 nömrəli şəhər və mobil telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi