Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb Hadisə mübahisə zəminində baş verib
Hadisə
17 Sentyabr , 2016 22:32
Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, 1994-cü il təvəllüdlü yerli sakin Sahib Quliyev mübahisə zəminində bıçaqlanıb və yaralı halda xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb və onun kim tərəfindən bıçaqlanması, eləcə də, baş vermiş mübahisənin səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi