Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb Ağır bədən xəsarətləri alan Sənan Mərdanov əməliyyat edilib
Hadisə
12 Mart , 2016 01:09
Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

Bakı. 12 mart. REPORT.AZ/ Gəncədə dava bıçaqlanma ilə nəticələnib.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Sənan Kənan oğlu Mərdanov tanış olduğu qıza görə, hələki, adı məlum olmayan şəxslə mübahisə edib. Daha sonra mübahisə davaya çevrilib və nəticədə Sənan Mərdanov bıçaqlanıb.

Ağır bədən xəsarətləri alan gənc dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğundan əməliyyat edilib.

Cərrahiyyə şöbəsinin həkimi Bəxtiyar Əliyevin verdiyi məlumata görə, 22 yaşlı gəncin vəziyyəti orta ağır oaraq qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, hadisənin təfərrüatları araşdırlır. 

Son xəbərlər

Orphus sistemi