Gəncədə 16 yaşlı gənci maşın vurub

Gəncədə 16 yaşlı gənci maşın vurub Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir.
Hadisə
5 Sentyabr , 2015 22:58
Gəncədə 16 yaşlı gənci maşın vurub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu axşam Gəncənin Nizami Sovxozu adlanan ərazisində 16 yaşlı gənci maşın vurub.

"Report"un məlumatına görə, şəhər sakini 1999-cu il təvəllüdlü Ayxan Qurbanov yolu keçmək istərkən naməlum avtomobil tərəfindən vurulub.

Xəsarət alan gənc yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərildikdən sonra gəncin vəziyyəti stabilləşib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir. 

Son xəbərlər

Orphus sistemi