Gəncə. 12 iyun. REPORT.AZ/ Gəncə şəhərinin Ağamirzə Əhmədov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.