Gəncə şəhərində avtomobil yanıb

Gəncə şəhərində avtomobil yanıb Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
12 Dekabr , 2014 12:42
Gəncə şəhərində avtomobil yanıb
Bakı. 12 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi