İmişli. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhər sakinini teplovoz vuraraq öldürüb.
"Report"un Aran bürosunun məlumatına görə, İmişli rayonu ərazisində qorunmayan keçiddə Gəncə şəhər sakini Gündüz Haqverdiyevi teplovoz vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.