Gəncə sakininin evindən silah-sursat və qumbara aşkarlanıb

Gəncə sakininin evindən silah-sursat və qumbara aşkarlanıb ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
10 Sentyabr , 2016 11:43
Gəncə sakininin evindən silah-sursat və qumbara aşkarlanıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Gəncə şəhər sakinindən silah-sursat aşkarlanaraq götürülüb.

"Report" xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunan Sənan İbrahimovdan "Makarov" markalı tapança, evinə baxış zamanı isə oradan "RQD-5" qumbara aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi