Gəncə sakinindən 5 kiloqram narkotik maddə götürülüb

Gəncə sakinindən 5 kiloqram narkotik maddə götürülüb ​Faktla bağlı cinayət işi açılı
Hadisə
14 İyun , 2016 13:29
Gəncə sakinindən 5 kiloqram narkotik maddə götürülüb

Goranboy. 14 iyun. REPORT.AZ/ Goranboy rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

"Report"un məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aydın Baladadaşov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5 kiloqram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi