Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub, vəziyyəti ağırdır

Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub, vəziyyəti ağırdır Sevinc Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
10 Oktyabr , 2016 16:51
Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub, vəziyyəti ağırdır

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 10-da günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib. 

"VAZ-2107" markalı avtomobil həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Sevinc Aydın qızı Cahangirovanı vurub. 

Yaralı "Təcili tibbi yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi