Gənc oğlanı öldürən idmançı qızın məhkəməsi başlayıb

Gənc oğlanı öldürən idmançı qızın məhkəməsi başlayıb Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib
Hadisə
4 Fevral , 2016 12:30
Gənc oğlanı öldürən idmançı qızın məhkəməsi başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığına və əməlinə görə peşman olmadığını bildirib.

S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi