Gədəbəydə qızıl oğurlayan qadın saxlanılıb

Gədəbəydə qızıl oğurlayan qadın saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
10 Dekabr , 2014 15:03
Gədəbəydə qızıl oğurlayan qadın saxlanılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda oğurluqla məşğul olan qadın saxlanılıb. "Report"un məlumatına görə, rayon sakini Nataliya Nikolayevna polisə şikayət edərək, naməlum şəxsin onun evindən xeyli miqdarda qızıl-zinət əşyalarını oğurladığını bildirib. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən rayonun Slavyanka kənd sakini Ələsgərova Səməngül Pirvəlı qızı saxlanılıb. O, ifadəsi zamanı törətdiyi əməli etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi