Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb

Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb Yaralının vəziyyəti orta ağırdır
Hadisə
20 İyun , 2016 23:52
Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Gədəbəydə 35 yaşlı kişi bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, axşam saatlarında xəstəxanaya döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə yaralı gətirilib.

Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağırdır.

Məlumata görə, yaralı Gədəbəy rayon Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Kərimovdur.

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə isə, N.Kərimovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi