Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub

Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub Onun vəziyyəti ağırdır
Hadisə
29 Avqust , 2016 11:18
Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub

Gədəbəy. 29 avqust. REPORT.AZ/  Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1960-cı il təvəllüdlü Şahin Məhəmməd oğlu Səfərov bədəninin müxtəlif yerlərindən 8 bıçaq yarası alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya gətirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Polisi Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi