Füzuli sakini Bakıda faciəli şəkildə dünyasını dəyişib

Füzuli sakini Bakıda faciəli şəkildə dünyasını dəyişib O, üstünə aşan taxtaların altında qalaraq can verib
Hadisə
12 Sentyabr , 2014 14:39
Füzuli sakini Bakıda faciəli şəkildə dünyasını dəyişib
Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Füzuli rayonunun sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 11-də Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən taxta bazarında qeydə alınıb. Hadisə zamanı Yaqub Məlikov özünə məxsus "KamAZ" markalı yük maşınından taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan taxtalar üstünə düşüb. Y.Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi