​Füzuli və İmişli rayonlarında iki ev yanıb

​Füzuli və İmişli rayonlarında iki ev yanıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
19 Dekabr , 2014 06:36
​Füzuli və İmişli rayonlarında iki ev yanıb
Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gecə respublikanın bölgələrində yerli vətəndaşlara məxsus evlərdə yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, quruma daxil olan məlumata görə, Füzuli rayonunun 8-ci qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evdə yanğın olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Digər məlumata görə, İmişlinin Göbəktala kəndində birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində evin 2 otağı yansa da, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi