​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib
Hadisə
23 Dekabr , 2014 21:45
​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakıda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. 

Son xəbərlər

Orphus sistemi