​“Finca Azərbaycan” “Bank Standard”ı məhkəməyə verib

​“Finca Azərbaycan” “Bank Standard”ı məhkəməyə verib QBKT borcun tutulması barədə tələb irəli sürüb
Hadisə
2 Noyabr , 2015 16:02
​“Finca Azərbaycan” “Bank Standard”ı məhkəməyə verib

Bakı. 2 noyabr. REPORT.AZ/ “Finca Azərbaycan” Qeyri Bank Kommersiya Təşkilatı (QBKT) Məhdud Məsuliyyətli Müəssisə (MMM) “Bank Standard” Kommersiya Bankını (KB) məhkəməyə verib.

“Report”un məlumatına görə, QBKT borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair vəsatəti təmin etməyib. Qərardan narazı qalan “Bank Standard” apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Son xəbərlər

Orphus sistemi