​“Finca Azerbaijan”: “Pərviz Ələkbərov hazırda bizim əməkdaşımız deyil”

​“Finca Azerbaijan”: “Pərviz Ələkbərov hazırda bizim əməkdaşımız deyil” “Bizim müraciətimiz əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ona qarşı cinayət işi açılıb”
Hadisə
6 Oktyabr , 2015 10:55
​“Finca Azerbaijan”: “Pərviz Ələkbərov hazırda bizim əməkdaşımız deyil”

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində cinayət işi başlanılmış Pərviz Ələkbərov hazırda “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının əməkdaşı deyil”.

Bu barədə “Report”a “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatından bildirilib.

“Bizim müraciətimiz əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ona qarşı cinayət işi açılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının vəzifəli şəxsinin qanunsuz əməlləri barədə həmin təşkilatdan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı həmin təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi