Fikrət Fərəməzoğluna qarşı hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanıb

Fikrət Fərəməzoğluna qarşı hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanıb Baş redaktor Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinir
Hadisə
4 İyul , 2016 14:53
Fikrət Fərəməzoğluna qarşı hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna qarşı Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü məlum olub.

Vəkil Nemət Kərimli "Report"a açıqlamasında bildirib ki, baş redaktor Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur. 

N.Kərimlinin sözlərinə görə, F.Fərəməzoğluna qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Fərəməzoğlu barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib: "Lakin hazırda Fikrət Fərəməzoğlunun harada saxlanılması barədə məlumat yoxdur. Müstəntiqlə əlaqə saxladım, amma hüquqlarını müdafiə etdiyim şəxsin harada saxlanıldığını demədi. Müstəntiq bildirdi ki, günün sonunadək Fikrət Fərəməzoğlu ilə görüşə bilərəm. Bundan başqa, jurnalistlə birgə həbs edilən şəxslərin olub-olmaması barədə də heç bir məlumatım yoxdur".

Son xəbərlər

Orphus sistemi