FHN Yardımlıda iki nəfərin faciəvi ölümü ilə bağlı xəbərlərə aydınlıq gətirib

FHN Yardımlıda iki nəfərin faciəvi ölümü ilə bağlı xəbərlərə aydınlıq gətirib 18-20 m olan su quyusuna düşən gənclər havasızlıqdan vəfat ediblər
Hadisə
5 Oktyabr , 2015 00:00
FHN Yardımlıda iki nəfərin faciəvi ölümü ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Yardımlı rayonunun Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıblar.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna düşərək havasızlıqdan vəfat ediblər.

Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitini quyudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi