FHN Xətai rayonunda yanan avtomobil ilə bağlı məlumat yayıb

FHN Xətai rayonunda yanan avtomobil ilə bağlı məlumat yayıb Avtomobilin mühərrik hissəsi və salonda qabaq oturacaqları yanıb
Hadisə
7 Yanvar , 2015 04:05
FHN Xətai rayonunda yanan avtomobil ilə bağlı məlumat yayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi ötən axşam paytaxtın Xətai rayonunda yanan avtomobil ilə bağlı məlumat yayıb.

"Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı minik avtomobilin mühərrik hissəsi və salonda qabaq oturacaqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi