​FHN Quba-Xaçmaz yolunda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb

​FHN Quba-Xaçmaz yolunda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb Hadisə nəticəsində 3 nəfər ölüb
Hadisə
8 Sentyabr , 2015 03:30
​FHN Quba-Xaçmaz yolunda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Quba-Xaçmaz yolunun 12-ci km-də baş verən və 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, ötən gün axşam saatlarında Quba rayonunun H.B.Zərdabi qəsəbəsində 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu, həmçinin 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat ediblər. Hadisə yerinə gələn FHN-in yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil veriblər. Əməliyyat saat 22:45-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi