FHN Tovuz rayonundakı yanğınla bağlı məlumat yayıb

FHN Tovuz rayonundakı yanğınla bağlı məlumat yayıb Yanğın nəticəsində birmərtəbəli evin 2 otağı və minik avtomobili yanıb
Hadisə
23 İyul , 2016 23:28
FHN Tovuz rayonundakı yanğınla bağlı məlumat yayıb

Bakı. 23 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

"Report" FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus kürsülü, ümümi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 28 kv.m, 1 otağın tavanı 22 kv.m, ona bitişik ümumi sahəsi 90 kv.m olan talvarın lambirdən ibarət tavanı və talvarın altında dayanmış “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaşayış evinin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib. Yerli sakin evi yandırdıqdan sonra özünü asıb.

Son xəbərlər

Orphus sistemi