​FHN Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı məlumatları təkzib edib

​FHN Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı məlumatları təkzib edib " Sumqayıt şəhərində heç bir ticarət mərkəzində yanğın hadisəsi qeydə alınmayıb"
Hadisə
6 İyun , 2015 01:31
​FHN Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı məlumatları təkzib edib

Bakı. 06 İyun. REPORT.AZ/ FHN ötən gün Sumqayıtda ticarət mərkəzində yanğınla bağlı yayılan məlumatları təkzib edib.

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda iyunun 5-də belə bir yanğın hadisəsinin baş vermədiyi bildirlir.

"Bəzi kütləvi informasiya vasitələrində 5 iyun 2015-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, bu məlumat həqiqəti əks etdirmir və göstərilən tarixdə Sumqayıt şəhərində heç bir ticarət mərkəzində yanğın hadisəsi qeydə alınmayıb".

Son xəbərlər

Orphus sistemi