​FHN Qubada baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

​FHN Qubada baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər
Hadisə
13 Aprel , 2015 18:11
​FHN Qubada baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonu ərazisində baş vermiş avtomobil qəzası ilə bağlı rəsmi məlumat yayıb.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi