FHN-də "Bakı 2015"in təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub

FHN-də "Bakı 2015"in təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub Kəmaləddin Heydərov I Avropa Oyunları zamanı təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tapşırıqlar verib
Hadisə
11 İyun , 2015 16:30
FHN-də Bakı 2015in təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub

Bakı. 11 iyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyində "Bakı 2015" I Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə I Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılan Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işlər barədə geniş məruzəsi dinlənilib.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki Müdafiə Qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr ediblər.

Nazir Kəmaləddin Heydərov I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi