​FHN Binəqədi rayonunda binada yanğınla bağlı məlumat yayıb

​FHN Binəqədi rayonunda binada yanğınla bağlı məlumat yayıb Hadisə nəticəsində paltaryuyan maşın və mətbəx mebeli yanıb
Hadisə
15 Avqust , 2016 21:56
​FHN Binəqədi rayonunda binada yanğınla bağlı məlumat yayıb

Bakı. 15 avqust. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.

Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu binada ötən il mayın 19-da faciə ilə nəticələnən yanğın baş vermişdi.

Son xəbərlər

Orphus sistemi