FHN: Bakıda güclü yağışla əlaqədar 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb

FHN: Bakıda güclü yağışla əlaqədar 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb Hövsan qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir
Hadisə
29 Sentyabr , 2016 17:25
FHN: Bakıda güclü yağışla əlaqədar 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd texnika və 7 nəfərlik şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərini davam etdirir.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-inaidiyyəti qurumlarının canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb.

Nazirliyin Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi