FHN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb

FHN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb
Hadisə
30 Yanvar , 2015 22:28
FHN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb

BAKI. 30 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində mənzillərin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi