FHN “Günəşli” yatağındakı qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları barədə məlumat yayıb

FHN “Günəşli” yatağındakı qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları barədə məlumat yayıb Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır
Hadisə
9 Dekabr , 2015 15:33
FHN “Günəşli” yatağındakı qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları barədə məlumat yayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir. "Report" xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Qurumdan bildirilib ki, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, FHN bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb. Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi