​FHN ata və iki övladının yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

​FHN ata və iki övladının yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Onların yanmış meyitləri aşkar olunub
Hadisə
8 May , 2015 11:03
​FHN ata və iki övladının yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 8 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçayda ata və iki övladının yanaraq ölməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğını saat 08:26-da yanğınsöndürənlər söndürüb.

Son xəbərlər

Orphus sistemi