Fermalardan oğurluq edən şəxslər tutulub

Fermalardan oğurluq edən şəxslər tutulub Hadisələrdən biri Tovuzda, digəri isə Neftçalada qeydə alınıb
Hadisə
10 Mart , 2016 13:16
Fermalardan oğurluq edən şəxslər tutulub

Bakı. 10 mart. REPORT.AZ/ Tovuzda fermadan 45 qoyun və 11 keçi oğurlayan şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də rayon sakini Tahir Rəhimova məxsus fermadan 45 qoyun və 11 keçi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səddam Şabiyev tutulub.

Daha bir analoji hadisə Salyanda qeydə alınıb. Belə ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də rayon sakini Məhəmməd Hüseynova məxsus fermadan 31 qoyun oğurlayan Salyan rayon sakini Ətrab Ələsli tutulub.

Son xəbərlər

Orphus sistemi