Fəhlə işlədikləri evdə qadına qarşı quldurluq edən şəxslərə hökm oxunub

Fəhlə işlədikləri evdə qadına qarşı quldurluq edən şəxslərə hökm oxunub Həmin şəxslər ümumilikdə 29 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
3 May , 2016 11:37
Fəhlə işlədikləri evdə qadına qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Əli Quliyev, İlham Abbasov və Teyyub Teymurovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salamanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Quliyev və İ.Abbasov hər biri 10 il, T.Teymurov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İ.Abbasov, Abşeron rayon sakini Ə.Quliyev və Lənkəran rayon sakini T.Teymurov tutulublar.

Aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri özgənin əmlakını ələ keçirmək məqsədilə başlarına maska keçirərək, Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl-ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər. Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar.

Araşdırma zamanı o da məlum ki, dəstə üzvlərindən iki nəfər - İ.Abbasov və T.Teymurov bir müddət əvvəl həmin mənzildə fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlar məlumatlı olublar. 

Son xəbərlər

Orphus sistemi